Özbəkistanda daha 690 nəfər koronavirusa yoluxdu

Özbəkistanda daha 690 nəfər koronavirusa yoluxdu

Avqustun 7-də Özbəkistanda 690 koronavirus infeksiyası qeydə alınıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Mənbə bildirir ki, bütün hallar koronavirusa yoluxan və yüksək temperaturu olan vətəndaşlar arasında müəyyən edilib.

Avqustun 7-də gün ərzində ölkədə 6 nəfər koronavirusdan ölüb: 4 – Daşkənddə, 2 – Daşkənd vilayətində.

Koronavirusdan respublikada qeydə alınan ölümlərin ümumi sayı 183-dür.

Ümumilikdə, pandemiyanın başlanğıcından bu xəstəliklə qeydə alınmış 29.225 vətəndaşdan 20.380 xəstə sağalıb, müalicə səviyyəsi 69% təşkil edib.

8,662 xəstə müalicə altındadır, onlardan 786-sı ağır vəziyyətdədir, 275 xəstənin vəziyyəti həkimlər tərəfindən kritik olaraq qiymətləndirilir.

Mənbə: konkret.az