Gəncədən Balakənə istirahətə gələnlər cərimələnib

Gəncədən Balakənə istirahətə gələnlər cərimələnib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində keçirilən reydlər zamanı sərt karantin rejimi elan edilən Gəncə şəhərindən icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə Balakənə gələn 5 nəfər müəyyən edilib.

Bu barədə APA-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, onlar Polis Şöbəsinə dəvət edilərək, profilaktik söhbətlər aparılıb. Karantin rejiminin qayda və tələbləri həmin şəxslərə izah olunub.

Qaydaları pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.

Mənbə: apa.az