İnterpol partlayışı araşdırmaq üçün komandasını Beyruta göndərir

İnterpol partlayışı araşdırmaq üçün komandasını Beyruta göndərir

İnterpol öz mütəxəssislərini 150-dən çox insanın ölümünə səbəb olan partlayışın vəziyyətini öyrənmək üçün Beyruta göndərilir.

KONKRET.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın bəyanatında deyilir.

Qeyd olunur ki, asayiş keşikçiləri ölkə hakimiyyətinin tələbi ilə Livanın paytaxtına gələcəklər.

RİA Novosti xəbər verir ki, beynəlxalq qrupa fəlakət qurbanlarının şəxsiyyətini müəyyənləşdirmək üzrə mütəxəssislər daxil olacaq.

Bundan əvvəl Livan Prezidenti istintaqın Beyrutdakı partlayışın səbəblərinin bir neçə versiyasını, o cümlədən səhlənkarlıq, “xarici təsir” və qəza barədə düşündüyünü demişdi.

Son məlumatlara görə, Beyrut limanında baş verən partlayış 154 nəfərin ölümünə səbəb olub. Ölənlər arasında altı xarici ölkənin vətəndaşı da var. Digər ölən 19 nəfərin vətəndaşlığı hələ müəyyənləşdirilməyib.

Avqustun 4-də Livan paytaxtının limanında güclü partlayış baş verib. Səlahiyyətlilər hadisənin 2750 ton ammonium nitratının partlaması səbəbiylə meydana gəldiyini söyləyib.

Yüklər 2014-cü ilin payızında Rhosus gəmisindən müsadirə edilib, onun sahibi, medianın dediyi kimi, Xabarovsklu iş adamı İqor Qreçuşkin olduğu ortaya çıxıb.

Limanın təhlükəsizlik xidmətinin əməkdaşları yük gəmisini borclarına görə həbs edib və ekipaj üzvlərini saxlayıb.

Partlayışa, ilkin məlumatlara görə, nitrat saxlama yerində qaynaq işləri səbəb olub.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az