Beyrutdakı partlayışa görə 19 nəfər saxlanılıb

Beyrutdakı partlayışa görə 19 nəfər saxlanılıb

 

Beyrut limanında baş verən partlayışla bağlı Livan hüquq-mühafizə orqanları tərəfindən 19 nəfər saxlanılaraq nəzarətə götürülüb.

"Qafqazinfo" Livanın "LBCI" telekanalına istinadən xəbər verir ki, bundan əlavə gömrükün keçmiş baş direktoru Şafik Merhiyə qarşı da istintaqın başlandığı bildirilib.

Livan İnformasiya Nazirliyinin rəhbəri Manal Abdel Səməd həbs məlumatlarını təsdiqləyib.

Nazirin sözlərinə görə, saxlanılanlar arasında paytaxt limanının administrasiyasının keçmiş və indiki vəzifəli şəxslərinin olduğu bildirilib.

"İstintaqımız nəticə verməsə, Nazirlər Şurasında beynəlxalq istintaqın başlanması məsələsini qaldıracağıq",-deyə nazir qeyd edib.

Mənbə: qafqazinfo.az