Çinin şimalında taun epidemiyası aşkar edilib

Çinin şimalında taun epidemiyası aşkar edilib

Bakı. Trend:

Çinin şimalındakı Daxili Monqolustan muxtar rayonunda taun epidemiyası aşkar edilib.

Trend-in məlumatına görə, son iki gün ərzində iki nəfər xəstəliyin qurbanı olub.

İnfeksiyanın qarşısının alınması üçün Bayan-Nur şəhərində yoluxmuş şəxsərlə əlaqədə olmuş onlarla sakin təcrid edilib. Şəhər ərazisində 2020-ci ilin sonunadək 3-cü dərəcəli epidemioloji təhlükə elan edilib.

Daha bir nəfər isə Baotou şəhərində vəfat edib. Onun bağırsaq taununa yoluxduğu müəyyən edilib.

Mənbə: az.trend.az