ABŞ-da ən çox axtarılan cinayətkar yaxalanıb

ABŞ-da ən çox axtarılan cinayətkar yaxalanıb

ABŞ-ın Nyu-Meksiko ştatında ən çox axtarışda olan cinayətkarlardan biri saxlanılıb.

Cebhe.info-nun məlumatına görə, 77 yaşlı Luis Arçuleta 1977-ci ildən axtarışda olub.

ABŞ Federal Tədqiqatlar Bürosundan bildirilib ki, Arçuleta həbsxanadan qaçmaqda ittiham olunur. O, 1973-cü ildə Denverdə polis işçisini güllələdiyinə görə məhkum edilib. Növbəti il Koloradodakı islah müəssisəsindən qaçıb.

FTB-nin verdiyi məlumata görə, Arçuleta 40 ildən artıq Nyu-Meksiko ştatının Hispanyola bölgəsində Ramon Montoya adı altında gizlənib. Cinayətkar onun keçmişindən xəbəri olmayan həyat yoldaşı ilə yaşayırmış.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info