Beyrutdakı partlayışa görə 16 nəfər həbs olundu

Beyrutdakı partlayışa görə 16 nəfər həbs olundu

Livan hüquq-mühafizə orqanları paytaxtı sarsıdan Beyrut limanındakı anbar partlaması ilə əlaqədar istintaq çərçivəsində 18 nəfəri saxlayıblar.

Sonxeber.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Livan Hərbi məhkəməsinin nümayəndəsi hakim Fadi Akikini məlumat verib.
Hakim Fadi Akikini verdiyi məlumata əsasən, Beyrutdakı partlayışa görə Livan hüquq-mühafizə orqanları tərəfindən 18 nəfər saxlanılaraq istintaqa cəlb edilib.
Saxlanılanlar liman, gömrük işçiləri və anbar binasında yüksək səviyyədə partlayıcı maddə istismarına cavabdeh olan və ya iştirak edən şəxslər olduğu bildirilib.

Saxlanılan 18 nəfərdən 16-sı Livan məhkəməsinin qərarı ilə həbs olunub.

Türkay Həsənli


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az