Beyrutdakı partlayışda 60-dan çox şəxs itkin düşüb

Beyrutdakı partlayışda 60-dan çox şəxs itkin düşüb

Beyrut limanında baş verən partlayış nəticəsində 60-dan artıq şəxs hələ də itkindir.

APA-nın "France Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Livanın Səhiyyə Nazirliyinin rəsmisi bildirib.

“Partlayışda həlak olanların sayı 154 nəfərdir. Onlardan 25 nəfərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Bundan əlavə, hələ də 60-dan artıq şəxs itkindir”, - deyə rəsmi bildirib.

Səhiyyə Nazirliyinin məlumatına görə, partlayışda yaralanan 5 000 nəfərdən 120-nin vəziyyəti ağırdır.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib.

Mənbə: apa.az