Beyrut partlayışı nəticəsində itkin düşmüşlərdən 60-ı hələ də tapılmayıb

Beyrut partlayışı nəticəsində itkin düşmüşlərdən 60-ı hələ də tapılmayıb

...Bildirilib ki, dağıntılar altında qalmışların və itkin düşmüşlərin axtarışı davam etdirilir

Beyrut partlayışında itkin düşənlərin son sayı açıqlanıb. Hələ 60 nəfərdən xəbər yoxdur.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, dağıntılar altında qalmışların və itkin düşmüşlərin axtarışı davam etdirilir. Məlumata görə hələ də 60 nəfərin taleyi naməlum olaraq qalır.

Qeyd edək ki, cari ayın 4-də Beyrut dəniz limanındakı partlayışda ölənlərin sayı 150-ni keçib. Dörd mindən çox yaralı var.

Mənbə: www.interaztv.com