Somalidə terror aktı nəticəsində azı 8 əsgər həlak olub

Somalidə terror aktı nəticəsində azı 8 əsgər həlak olub

Qahirə, 8 avqust, AZƏRTAC

Somalinin paytaxtı Moqadişoda hərbi bazanın yaxınlığında avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində azı 8 əsgərin həlak olduğu, 14 hərbçinin yaralandığı bildirilir.

AZƏRTAC xəbər verir ki, Moqadişo polisinin məlumatında terror aktının paytaxtın Varta-Nabadda rayonunda baş verdiyi qeyd olunub. Partlayışı törədən terrorçu kamikadze də ölüb.

Polis terror aktının “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəsi olan “Əl-Şabab” ekstremist qrupu tərəfindən törədildiyini bildirib. Bu qrup Somalidə hərbi obyektlərə tez-tez silahlı hücumlar edir.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Mənbə: azertag.az