Türkiyə Beyrut limanını bərpa edəcək

Türkiyə Beyrut limanını bərpa edəcək

Türkiyə Beyruta dəstək məqsədilə bu təşəbbüslə çıxış edib.

Cebhe.info xəbər verir ki, Türkiyə rəsmilərinin sözlərinə görə, lazım gələrsə, partlayışda yaralananlar da təcili yardım təyyarələri ilə müalicə üçün Türkiyəyə çatdırıla bilər.

Xatırladaq ki, avqustun 4-də Livanın Beyrutdakı limanında güclü partlayış vaş verib. Hadisə nəticəsində 154 insan dünyasını dəyişib, 5 mindən çox insan yaralanıb, 300 mindən çox insan isə evsiz qalıb.

Faciəyə səbəb gömrük xidmətinin 6 il əvvəl müsadirə etdiyi qaynaq işləri zamanı meydana gələn 2,7 min tondan çox ammonium nitratın alovlanması olub.
Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info