Mingəçevirdə yağışlar sürüşməyə səbəb oldu - Evlər qəzalı vəziyyətə düşdü, ağaclar kökündən çıxdı

Mingəçevirdə yağışlar sürüşməyə səbəb oldu - Evlər qəzalı vəziyyətə düşdü, ağaclar kökündən çıxdı

Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı ərazidə sürüşmə hadisəsi qeydə alınıb. Leysan yağişların səbəb oldugu sürüşmə nəticəsində 2 irigövdəli şam ağacı kökündən çixib, bir neçə yaşayış evi təhlükəli vəziyyətə düşüb, toyuq-cücə məhv olub. Sürüşməyə səbəb kimi uzun müddət quraqlıqdan sonra yağan güclü yağışlar göstərilir.

Fərail Məmmədov - sakin

Güclü yağış olan kimi də yer titrədi, zəlzələ kimi də.. o saat da ağaclar da uçdu, evin altı silkələndi. Elə bil ki altı oyula oyula gedir.. sel olan kimi hamısı oyulub gedir. Evlər uçqun vəziyyətdədir, başımıza uçur da..

Vəli Zeynalov - sakin

Bir az yorğan döşək vardı artıq urtuq, hamısı uçub gedibdi, gedib baxa bilərsiz.. Yeznəm cücə saxlayırdı gedib baxa bilərsiz, hamısı uçub gedib, neçə dənəsi öldü.

atv.az

Mənbə: www.atv.az