Tovuzda ərinin bıçaqladığı qadın xəstəxanada öldü

Tovuz rayonunda əri tərəfindən bıçaqlanan qadın vəfat edib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu gün rayonun Aşağı Quşçu kəndində 34 yaşlı əri Malik Məmmədov tərəfindən bıçaqlanan 30 yaşlı Rəqsanə Məmmədova bir neçə dəqiqə əvvəl yerləşdirildiyi xəstəxanada vəfat edib.

M. Məmmədov tutularaq istintaqa cəlb edilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı başlanan cinayət işi üzrə istintaq davam etdirilir.

Murad Əhməd

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Ölkələrin iqtisadiyyatı çöküb, iqtisadi fəallıq iflic olub...” - Deputat

SONRAKI XƏBƏR

“Yuventus”un yeni baş məşqçisi Pirlo oldu