Beyrutda etiraz aksiyalarında 130 nəfər yaralanıb

Beyrutda etiraz aksiyalarında 130 nəfər yaralanıb

Livanın paytaxtı Beyrut şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalar baş verib. Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdurma zamanı azı 130 nəfər xəsarət alıb.

Livanın Qırmızı Xaç Cəmiyyətinin yaydığı məlumata əsasən, 28 nəfər xəstəxanaya yerləşdirilib, digər şəxslərə yerində tibbi yardım göstərilib.

Qeyd edək ki, aksiyalar parlament binasının qarşısında başlayıb. Polis hökumətin istefasını tələb edən aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Azvision.az

Mənbə: azvision.az