Türkiyədə koronadan ölənlərin sayı 6 minə çatır

Türkiyədə koronadan ölənlərin sayı 6 minə çatır

Türkiyədə son sutka ərzində 16 nəfər koronavirusdan dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Onun sözlərinə görə, bununla da Türkiyədə koronadan ölənlərin ümumi sayı 5 min 829-a çatıb.

Nazir bildirib ki, indiyədək 239 min 622 nəfər koronavirusa yoluxub.

Mənbə: axar.az