Çexiyada baş vermiş yanğın zamanı 11 nəfər ölüb

Çexiyada baş vermiş yanğın zamanı 11 nəfər ölüb

Çexiyanın şimal-şərqində, Moraviya-Sileziya diyarının Bohumin şəhərində çoxmərtəbəli panel binaların birində baş verən yanğın zamanı üçü uşaq olmaqla 11 nəfər ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin yanğınsöndürənlər və xilasedicilərdən ibarət birləşmiş korpusunun nümayəndəsi Lukaş Popp məlumat verib.

“Bohumin şəhərində 14 mərtəbəli panel binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın altı nəfərin ölümünə səbəb olub, onlardan 3-ü uşaqdır. 13-cü mərtəbədəki mənzildə yaşayan daha beş nəfər isə evlərini vaxtında tərk edə bilmədikləri üçün pəncərələrdən özlərini aşağı atıblar. Nəticədə onlar yerə düşərək ölüblər”, - deyə məlumatda qeyd olunub.

Yanğının səbəbləri polis tərəfindən araşdırılır. Ehtimallardan birinə görə, yanğın naməlum bir şəxs tərəfindən törədilib.

Mənbə: apa.az