Əfqanıstanda partlayış: 7 ölü, 15 yaralı

Əfqanıstanda partlayış: 7 ölü, 15 yaralı

Afqanıstanın Qəznə şəhərində avtomobil partladılıb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində azı 7 nəfər ölüb.

Daha 15 yaralı isə helikopter vasitəsilə Kabil şəhərinə göndərilib.

Partlayışdan sonra terrorçular hərbi düşərgəyə hücum etməyə çalışsalar da, güc strukturları onların qarşısını alıb.

Baş verənlərlə bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Mənbə: axar.az