İstanbulda avtobus qəzaya uğradı - 5 ölü, 25 yaralı + Video

İstanbulda avtobus qəzaya uğradı  - 5 ölü, 25 yaralı + Video

Türkiyədə İstanbulun Sarıyer rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” bildirir ki, bu barədə “CNN Turk” xəbər verib.

Qəza nəticəsində avtobus sürücüsü də daxil olmaqla 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, yanğınsöndürən və polis maşınları cəlb olunub. Xəsarət alanlardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.

 

 

Mənbə: qafqazinfo.az