İstanbulda sərnişin avtobusu qəzaya uğradı 5 ÖLÜ, 26 YARALI

Türkiyənin İstanbul şəhərinin Şimali Mərmərə magistralında sərnişin avtobusu qəzaya uğrayıb.

“Anadolu” agentliyi xəbər verir ki, hadisə zamanı avtobus yerüstü keçidin divarına çırpılıb.

Qəza nəticəsində 5 nəfər ölüb, 26 nəfər yaralanıb.

Qəzanın dəqiq səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Rusiyada koronavirus xəstələrinin sayı 887,5 mini ötdü

SONRAKI XƏBƏR

Dinozavrların hələ də yaşayan ən yaxın qohumu aşkarlandı - FOTO