İranın İraqla olan sərhədində 5 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
Zəlzələnin episentri İraqın paytaxtı Bağdaddan 121 km şimal-şərqdə 48 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Mənbə: axar.az