SON DƏQİQƏ: İranda GÜZLÜ ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ: İranda GÜZLÜ ZƏLZƏLƏ oldu

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Gilan Qərb rayonu ətrafında 5,1 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzinin yaydığı məlumata görə, yerli vaxtla saat 13:46-da qeydə alınan zəlzələ 8 km dərinlikdə baş verib.

Dağıntı və tələfat haqda hələlik məlumat verilməyib.

Gilan Qərb şəhəri (29 km), Qəsr Şirin şəhəri (30 km) və Sərpol Zəhab şəhəri (32 km) zəlzələnin baş verdiyi əraziyə yaxın şəhərlərdir.

Mənbə: publika.az