Axalkalaki iğtişaşlarında 2 erməni yaralandı - şəhərə xüsusi təyinatlılar cəlb olundu

Axalkalaki iğtişaşlarında 2 erməni yaralandı - şəhərə xüsusi təyinatlılar cəlb olundu

Gürcüstanda ermənilərin məskunlaşdığı Axalkalaki şəhərində iki erməni baş verən iğtişaşlar zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanalara yerləşdirilib.

KONKRET.az xəbər verir ki, Axalkalaki İctimai Səhiyyə Mərkəzinin direktoru Avetik Tonakanyan bazar günü Sputnik Ermənistanın müxbirinə açıqlamasında belə deyib.

Axalkalaki şəhərində (Samtsxe-Cavaxeti bölgəsi) dünən gənclər arasında dava baş verib, nəticədə 1 nəfər ölüb. Bu, şəhərdə qarşıdurmalara səbəb olub. Bir dəstə adam yerli bir otelin qapılarını və pəncərələrini qırmağa başlayıblar, sonra oteli və onun sahibinin evini yandırıblar. Cəmi 4 ev yanıb.

Tonakanyan xəsarət alanların vəziyyətini şərh edib.

“Onlardan birinin başı göyərib, digəri ayağından xəsarət alıb. Hər ikisi də özünü yaxşı hiss edir. Bəlkə də bu gün xəstəxanadan çıxacaqlar” deyib.

Bölgə qubernatoru Besik Amiranaşvilinin dediyi kimi, şəhərdəki vəziyyət gərgindir, lakin səlahiyyətlilərin nəzarəti altındadır. Polis qüvvələri şəhərdə səfərbər edilib. O qeyd edib ki, cinayət hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı (qanunsuz odlu silah saxlamaq) maddələri ilə cinayət işi başlanılıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az