Türkiyənin Konya şəhərində qaz sızması nəticəsində partlayış baş verib.
Cebhe.info xəbər verir ki, hadisə Nişantaşı məhəlləsinin Makami küçəsində iş yerlərinin birində olub.
Əraziyə çoxlu sayda fövqəladə hallar əməkdaşı və təcili yarım maşınları cəlb edilib. Meram bələdiyyəsinin başqanı Kavuş hadisə nəticəsində ölən və yaralananların olmadığını bildirib.
Partlayış nəticəsində xeyli sayda obyektə maddi ziyan dəyib.
Aydın
Cebhe.info
Mənbə: cebhe.info