İrəvanda gecə atışma: hadisə yerində bir neçə patron və qan izləri tapıldı

İrəvanda gecə atışma: hadisə yerində bir neçə patron və qan izləri tapıldı

Ermənistanın paytaxtı İrəvan şəhərində bu gecə atışma baş verib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı shamshyan.com cinayət xəbər saytı yayıb.

Qeyd olunur ki, gecə saat 01: 20-də Arabkir polis şöbəsinə Rijskaya küçəsində atışma barədə siqnal gəlib.

Hadisə yerinə polis əməkdaşları və müstəntiqlərin əməliyyat qrupları gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin adı çəkilən küçədə deyil, Arabkir küçəsində, 19 nömrəli evin qarşısında olduğunu müəyyənləşdirib.

Hadisə yerində bir neçə patron və qan izləri tapılıb.

Hazırda yaralananların olub-olmadığı araşdırılır.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az