İstanbulda avtobus qəzasında 5 nəfər ölüb, 10-u ağır olmaqla, 25 nəfər yaralanıb

İstanbulda avtobus qəzasında 5 nəfər ölüb, 10-u ağır olmaqla, 25 nəfər yaralanıb

İstanbulda bu gün səhər saatlarında baş verən avtobus qəzasında 5 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İstanbul valiliyi məlumat yayıb.

Qeyd olunub ki, qəzada 25 nəfər yaralanıb, onlardan 10-nun vəziyyəti ağırdır.

Qəzanın sürücünün yuxulu halda avtobusu idarə etməsi səbəbindən baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az