Kabulun mərkəzində partlayış baş verib

Kabulun mərkəzində partlayış baş verib

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabulda güclü partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə 1TV telekanalı bildirib.

Məlumata əsasən, hadisə hökumət idarələrinin və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi Kabulun mərkəzində baş verib

Hadisənin təfərrüatları barədə hələ məlumat verilməyib.

Mənbə: az.trend.az