Gürcüstanı qarışdırmaq istəyən erməni dəstə – Tiflisdən şok qərar

Gürcüstanı qarışdırmaq istəyən erməni dəstə – Tiflisdən şok qərar

Gürcüstan Daxili İşlər Nazirliyi ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində baş verən qarşıdurma ilə əlaqədar cinayət işi açıb.

Teleqraf.com xəbər verir ki, cinayəti törədən erməni qruplaşmasının üzvlərinə qarşı özgə əmlakına ziyan vurma və ya məhv etmə, qəsdən adam öldürmə, qanunsuz silah əldə etmə, saxlama, daşıma və qruplaşma yaratma ittihamları irəli sürülüb.

Avqustun 8-də axşam saatlarında ermənilərin sıx məskunlaşdığı Axalkalaki şəhərində (Samtsxe-Cavaxetiya bölgəsi) gənclər arasında mübahisə baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Bu, şəhərdə qarşıdurmalara səbəb olub. Milliyyətcə erməni olduğu bildirilən bir dəstə adam otelin qapılarını və pəncərələrini qırmağa başlaylblar, sonra yandırıblar. İğtişaş bölgəsində ümumilikdə 4 evin yandığı açıqlanıb.

Məlumata görə, qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə saxlanılan erməni əsilli A.G. 1983-cü ildə anadan olub.

Cinayətdə iştirak edən cinayətkarı və qruplaşma üzvlərini 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

İstintaq müəyyən edib ki, təqsirləndirilən A.G. fikir ayrılığı əsasında 1993-cü il təvəllüdlü V.M-yə odlu silahdan açılan atəş nəticəsində ölümcül xəsarət yetirib. V.M. xəstəxanaya aparılarkən yolda ölüb.

Təqsirləndirilən şəxslərin axtarışları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə iştirak edən silahları ələ keçiriblər. A.G. hadisədən bir neçə saat sonra tutulub.

Mənbə: teleqraf.com