Qərbi Azərbaycanda korona statistikası açıqlandı

Qərbi Azərbaycanda korona statistikası açıqlandı

İranın Qərbi Azərbaycan əyalətində koronavirusdan ölənlərin sayı 784 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycanın Koronavirusla Mübarizə Qərargahının rəsmisi İrəc Mühibbi məlumat yayıb.

O bildirib ki, hazırda 417 nəfər xəstəxanalarda müalicə alır:

“İnfeksiyaya yoluxanlardan 122 nəfər reanimasiya şöbəsindədir. Onlardan 40 nəfərinin vəziyyəti ağırdır və süni tənəffüs aparatına qoşulub”.

Mənbə: axar.az