Bakıda 49 yaşlı qadın avtomobillə vuruldu

Bakıda 49 yaşlı qadın avtomobillə vuruldu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

"90-VB-194" dövlət nömrə nişanlı "Opel" markalı avtomobil yolu keçən 1971-ci il təvəllüdlü Yarıyeva Elza Teymur qızını vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. / "Report"

Mənbə: publika.az