COVID-19-un yeni gözlənilməz simptomu AŞKARLANDI

COVID-19-un yeni gözlənilməz simptomu     AŞKARLANDI

ABŞ-ın Çikaqo şəhərindən olan, öskürək, hərarət və ya sinə ağrısı da daxil olmaqla, hər hansı bir koronavirus infeksiyası əlamətlərindən əziyyət çəkməyən 62 yaşlı bir xəstəni müayinə etdikdən sonra mütəxəssislər onda COVID-19 əlamətlərini aşkarlayıblar.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Həkimlər vurğulayıblar ki, o, 4 gün hıçqırıqdan əziyyət çəkib. Bu, COVID-19-un qeydə alınmış ilk belə əlamətidir.
Mütəxəssislərin sözlərinə görə, COVID-19 hələ tam öyrənilməyib, bu səbəbdən xəstəliyin hər tipik olmayan təzahürünü qeydə almaq lazımdır.
Demokrat.az

Mənbə: demokrat.az