Bakının mərkəzində tıxac

Bakının mərkəzində tıxac

Bu gün səhər saatlarında Bakının bəzi prospektlərində sıxlıq müşahidə olunur.

Oxu.Az xəbər verir ki, Qara Qarayev prospektinin Özbəkistan küçəsi ilə kəsişməsində (“Koroğlu” metrostansiyası istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə baş verən yerədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Həmçinin, hazırda Moskva prospektində (20 Yanvar dairəsi istiqamətində) və M.Əliyev küçəsindəki dairədə sıxlıq müşahidə olunur.

Bu səbəbdən bəzi avtobusların hərəkət intervalında gecikmələr yaranıb.

Mənbə: seherxeber.org