Nigerdə 6 Fransa vətəndaşı öldürülüb

Nigerdə 6 Fransa vətəndaşı öldürülüb

Nigerdə silahlı şəxslər humanitar missiyanın əməkdaşı olan Fransa vətəndaşlarına hücum edib.
Azvision.az “BBC News”a istinadən xəbər verir ki, hadisə nəticəsinndə 6 Fransa vətəndaşı, yerli bələdçi və sürücü öldürülüb.

Məlumata görə, naməlum şəxslər motosikletlə gələrək turistlərə atəş açıblar.

Hadisə fransız turistlərin adətən zürafələri görməyə gəldikləri Nigerin Kure bölgəsində baş verib.

Fransa Prezidentinin ofisi ölkə vətəndaşlarının öldüyünü təsdiqləyib. Müdafiə Nazirliyindən bildiriblər ki, ölən fransızlar beynəlxalq yardım qrupunda çalışırdılar.

Hadisə ilə əlaqədar Fransa Prezidenti Emmanuel Makronun nigerli həmkarı Mahamadu İssufu ilə telefon danışığı olub, lakin detallar açıqlanmır.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az