Arı sancdı - boğularaq öldü

Arı sancdı - boğularaq öldü

Fransanın Bretan bölgəsinin 52 yaşlı sakini Alp dağlarında Ansi gölündə ailəsi ilə birlikdə istirahət edərkən arı sancması nəticəsində boğularaq ölüb.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Newsweek" nəşri yazır.

Belə ki, günorta yeməyi zamanı arı onun ağzına girərək, dilindən sancıb. Dili dərhal şişən adam boğulmağa başlayıb, daha sonra huşunu itirib və ürəyi dayanıb.

Hadisə yerinə gələn xilasedicilər kişini xilas etməyə çalışsalar da, onu həyata qaytara bilməyiblər.

 

Mənbə: big.az