Ermənistanda "rus şpionları"na qarşı terror başladı

Ermənistanda "rus şpionları"na qarşı terror başladı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Karamyanın əmri ilə departamentin "rus kadrları"na qarşı əsl terror başlayıb.

İstiPress-in məlumatına görə, bu barədə "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır.

"Xidmətin gənc direktorunun diqqət mərkəzində Rusiya FSB-sidə təhsil alan işçilər olub. Onların hələ də bu strukturla əlaqəsini saxlamaları ilə bağlı şübhələr var. Milli Təhlükəsizlik Şurasındakı mənbələrimizə görə, Karamyan onlardan bəziləri ilə bağlı rəsmi araşdırma aparmaq, başqalarını isə sadəcə aradan əötürmək barədə göstəriş verib. Özü də, sistemin hansı yolla “rus casuslarından” təmizlənməsinin önəmi yoxdur”, - deyə qəzet yazır.
Qəzet qeyd edir ki, Karamyanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunmasının ilk günlərindən onu yaxından tanıyan insanlar dərhal Rusiya əleyhinə addımlar atmağa başlayacağını söylədilər.

Mənbə: istipress.com