Özünü və sevgilisini yandırdı – DƏHŞƏT

Özünü və sevgilisini yandırdı – DƏHŞƏT

Türkiyənin Ordu şəhərində dəhşətli faciə yaşanıb.

Cebhe.info xəbər verir ki, 22 yaşlı Soner Durğun mübahisə zamanı özünün və sevgilisi 31 yaşlı Merve Yeşiltaşın üzərinə benzin tökərək od vurub. Bədbəxt qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Gənc oğlan isə ağır bədən yanıqları ilə xəstəxanaya yerləşdirilib. Qonşuluqda yaşayan və hadisənin şahidi olan Osman Nuri olaydan çox üzüldüyünü deyib. O, cütlüyün bir ildir birlikdə yaşadığını və baş verən bu hadisənin gözlənilməz olduğunu bildirib. Hadisə ilə bağlı istintaqa başlanıb.
Alçina Amilqızı

Cebhe.info

Mənbə: cebhe.info