Beyrut limanında baş vermiş partlayışla bağlı iş baxılması üçün Livan Məhkəmə Şurasına təhvil verilib. Azvision.az -ın məlumatına görə, bu barədə “Al-Mayadeen” telekanalı açıqlama yayıb.
Müvafiq qərar hökumətin iclasında yekdilliklə qəbul olunub.
Xatırladaq ki, avqustun 4-də Beyrut şəhərindəki limanda güclü partlayış baş verib. Partlayış zamanı azı 158 nəfər ölüb, 6 mindən çox insan yaralanıb. Şəhərə ciddi ziyan dəyib.
Pərvanə Sultanova
Azvision.az
Mənbə: azvision.az