Böyük Britaniyada koronavirusa yoluxma halları artır

Böyük Britaniyada koronavirusa yoluxma halları artır

London, 10 avqust, AZƏRTAC

Böyük Britaniyada koronavirusa yoluxma halları artır.

Belə ki, bazar günü 1062 yeni yoluxma halı qeydə alınıb. Bu iyun ayından bəri ən yüksək göstəricidir.

Baş Nazir Boris Consonun mətbuat katibi vəziyyətlə bağlı açıqlamasında bildirib ki, cəmiyyətin sağlamlığı üçün hər hansı bir risk yarandığını müşahidə etsək, sürətlə hərəkət edə edəcəyik.

Xatırladaq ki, artıq İspaniya, Belçika, Baham adaları və Andorradan gələn şəxslərə 14 günlük karantin rejimi tətbiq olunur.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: azertag.az