Ekoloji fəlakət: neftin dağılması mərcan riflərini təhdid edir

Ekoloji fəlakət: neftin dağılması mərcan riflərini təhdid edir

Yaponiya şirkətinə məxsus, 3800 ton xam neft və 200 ton dizel yanacağı nəql edən gəmi beynəlxalq ictimaiyyət tərəfindən müdafiə olunan sularda qəzaya uğrayıb. Nəticədə Mavriki sahilləri ekoloji fəlakətlə üzləşib.

Ada dövləti olan Mavriki sahillərində ekoloji fəlakət baş verib - mərcan qayalıqları yaxınlığındakı qapalı ərazidə yerləşən gəmidən okeana tonlarla neft və dizel yanacağı axıb. Fəlakət rayonundan çəkilmiş kadrlar Sputnik Azərbaycan-ın fotolentində əksini tapıb.

Yaponiya şirkətinə məxsus, 3800 ton xam neft və 200 ton dizel yanacağı nəql edən gəmi, iyulun 25-də beynəlxalq ictimaiyyət tərəfindən müdafiə olunan sularda qəzaya uğrayıb. Heyət gəmidən evakuasiya edilib, lakin qəza nəticəsində okean sularına yüzlərlə ton neft və dizel yanacağı axıb.

Qəza Puent-d'Esni sahili yaxınlığında, məşhur Blue Bay hövzəsinin yanında baş verib.

Mavriki hakimiyyəti ilk dəfə belə fəlakətlə üzləşib. Bu cür vəziyyətlərdə necə hərəkət etmək təcrübəsi olmayan hökumət yardım üçün Fransaya müraciət edib.

Adada fövqəladə vəziyyət rejimi elan edilib.

Qəza minlərlə heyvan növünün nəslinin kəsilməsi, mərcan qayalıqlarının ekosisteminin məhv olması təhlükəsini yaradır. Hakimiyyət hadisənin həmçinin Mavrikinin iqtisadiyyatına, ərzaq təhlükəsizliyinə və sakinlərin sağlamlığına təsir göstərə biləcəyini də qeyd edir.

Mənbə: sputnik.az