Çikaqoda 13 polis işçisi xəsarət alıb

Çikaqoda 13 polis işçisi xəsarət alıb

Rəsmilərin bildirdiyinə görıə, bazar günü gecə Çikaqonun Magnificent Mile alış-veriş bölgəsində və şəhərin digər yerlərində talanlar və zorakılıqlar zamanı 13 polis zabitinin xəsarət alıb, 100-dən çox insan həbs edilib.

Polis rəisi David Braun bunun "planlaşdırılmış bir etiraz aksiyası" olmadığını, bir gün əvvəl şəhərin Enqlvud məhəlləsində polisin bir nəfəri güllələnməsindən sonra başlayan "əsl cinayətkarlıq hadisəsi" olduğunu deyib.

Braun bazar ertəsi erkən saatlarda polisin atəşə tutulduğunu və polis zabitlərinin geri atəş açmalı olduqlarını, bir müddət şəhərin mərkəzinin güclü polis nəzarətində olacağını bildirib.

"Bu, açıq-aşkar ağır cinayət idi. Bu, şəhərimizə hücum idi" - deyə, Çikaqo şəhərinin meri Lori Laytfut bildirib.

Həbs olunanların talan, xuliqanlıq, polis məmurlarını döymə kimi ittihamlarla üzləşəcəyi gözlənilir. Laytfut "məhəllələrimizin təhlükəsizliyinin təmin olunduğuna əmin olana qədər bir müddət şəhərdə qoruma proqramı aktivləşdiriləcək" deyib.

Polis sözçüsü Tom Eyhern tvitter səhifəsində polis zabitlərindən heç birinin güllə yarası almadığını yazıb.

İğtişaşlar gecə yarısından bir qədər sonra başlayıb və Çikaqonun turistlərin ən çox ziyarət etdiyi yerlərindən biri, polis əleyhinə graffitilərin olduğu Magnificent Mile bölgəsində başlayıb. Ondan bir neçə saat əvvəl təqribən hadisənin baş vefrdiyi yerdən təqribən 16 kilometr məsafədə yerləşən Enqlvud məhəlləsində polisin bir nəfəri vuraraq yaraladıqdan sonra onlarla insan polislə qarşı-qarşıya gəlib.

Mənbə: www.amerikaninsesi.org