İŞİD İraqa növbəti dəfə hücum etdi

İŞİD İraqa növbəti dəfə hücum etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Kərkükün cənub-qərbindəki Macid kəndinə hücum edən İŞİD üzvləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb.

Bu barədə İraq Müdafiə Nazirliyinin Təhlükəsizlik Media Hücrəsi məlumat yayıb.

Münaqişədə bir zabit öldürülüb. İkisi mülki şəxs olmaqla 3 nəfər isə xəsarət alıb.

Xatırladaq ki, İraq rəhbərliyi 2017-ci ilin dekabrında ölkənin torpaqlarını İŞİD-dən geri aldığını açıqlamışdı. Lakin təşkilatın müxtəlif bölgələrdəki yatmış hücrələri silahlı hücumları davam etdirir.

Mənbə: eastnews.org