ABŞ-da 8 yaşlı uşaq polislər tərəfindən saxlanıldı - VİDEO

ABŞ-da 8 yaşlı uşaq polislər tərəfindən saxlanıldı - VİDEO

ABŞ-da müəlliminin sinəsinə yumruqla vuran 8 yaşlı əlil uşaq polislər tərəfindən saxlanılıb.

Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan və 2018-ci ilə aid olan görüntülər izləyicilərin tənqidinə səbəb olub.

Görüntülərdə polislər 8 yaşlı uşağın əlini qandallayaraq saxlayıb.

Uşağı qandallayan polis qorxutmaq üçün "həbsə girəcəksən" ifadələri işlədib.

Qeyd edək ki, həmin görüntülər vəkil Ben Krump tərəfindən sosial şəbəkədə paylaşılıb.

Uşağın ailəsi həmin zaman övladlarının çox qorxduğunu və psixoloji travma aldığını bildirib.

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az