Gürcüstan vətəndaşının qətli Rusiya ilə Almaniyanı ÜZ-ÜZƏ QOYDU

Gürcüstan vətəndaşının qətli Rusiya ilə Almaniyanı ÜZ-ÜZƏ QOYDU

Almaniya polisi Berlin şəhərindəki parkda qətlə yetirilən çeçen əsilli Gürcüstan vətəndaşı ilə bağlı Rusiyaya 17 dəfə sorğu göndərib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sorğuların heç birinə cavab verilməyib.

Almaniya xarici işlər naziri Xayko Maas qətlin Moskva tərəfindən sifariş edildiyinin üzə çıxacağı halda, bunun ağır nəticələrə yol açacağını əlavə edib.

“Məhkəmənin verəcəyi qərar bizim üçün əsas olacaq”-deyə Maas deyib.

Xatırladaq ki, Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvili 2019-cu ilin avqustunda Berlində qətlə yetirilib.

 

Mənbə: modern.az