Qubada ev yandı

Qubada ev yandı

Quba rayonunun Rustov kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli, üç otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 40 m² olan talvarın lambirindən ibarət tavanı yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: seherxeber.org