Taliban yenidən hücumlara başladı – Bir həftədə 80 ölü, 95 yaralı

Taliban yenidən hücumlara başladı – Bir həftədə 80 ölü, 95 yaralı

Əfqanıstanda Taliban hərəkatının təşkil etdiyi hücumlar nəticəsində son bir həftədə 80 mülki şəxs həyatını itirib.

Avropa.info xəbər verir ki, Əfqanıstan DİN naziri Tarıq Aryenin sözlərinə görə, talibançılar ölkə miqyasında hücum və partlayışlar törədiblər.

Hücumlar nəticəsində 80 mülki şəxs ölüb, 95 nəfər yaralanıb.

Aryen zorakılığın azaldılmasının Əfqanıstan xalqının istəyi olduğunu və Talibanın buna əməl etməli olduğunu deyib. Taliban hərəkatı məsələ ilə bağlı açıqlama verməyib.

Mənbə: avropa.info