Mixail Yefremov məhkəmədən xəstəxanaya aparıldı - FOTO

Mixail Yefremov məhkəmədən xəstəxanaya aparıldı - FOTO

Rusiyalı aktyor Mixail Yefremov Moskvanın Presnya rayon məhkəməsinin binasından xəstəxanaya aparılıb.

Bu barədə TASS məlumat yayıb.

Aktyorun vəkili Elman Paşayev Yefremovun huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirib.

Onun insult keçirdiyi ehtimal edilir, lakin dəqiq diaqnoz xəstəxanada qoyulacaq.

Avqustun 10-da Elman Paşayev müvəkkilinin səhhətinin pisləşdiyi barədə xəbər vermişdi.

Avqustun 11-də məhkəmədə ölümcül qəzada ittiham olunan aktyor dindirilməli idi. Bundan əlavə, dörd zərərçəkən sənətkara qarşı mülki iddia qaldırmalı idilər.

Mixail Yefremov xəstəxanaya yerləşdirildiyi üçün aktyorun işi üzrə növbəti məhkəmə avqustun 12-nə təxirə salınıb.

Mənbə: www.oxu.az