Meksikada yol qəzasında 10 nəfər ölüb, 25 nəfər yaralanıb

Meksikada yol qəzasında 10 nəfər ölüb, 25 nəfər yaralanıb

Meksikada baş verən yol qəzasında ən azı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə, "El Heraldo de Mexico" nəşri məlumat yayıb.

Mexiko şəhərindən Toluka şəhərinə gedən avtobus səhər saatlarında qəzaya uğrayıb.

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.

Mənbə: apa.az