Beyrutdakı partlayışda ölənlərin sayı 171-ə çatdı

Beyrutdakı partlayışda ölənlərin sayı 171-ə çatdı

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı 171-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə naziri Hamad Həsən məlumat verib.

O, hələ də 30 və ya 40 insanın itkin sayıldığını açıqlayıb:

“Təxminən 500 yaralı xüsusi və həssas müalicəyə ehtiyacı var. 120 xəstə isə hələ də reanimasiyadadır”.

Xatırladaq ki, bir neçə gün əvvəl Beyrutda anbarlardan birində ammonium nitratın partlaması nəticəsində ciddi fəlakət yaşandı. Şəhərin böyük bir hissəsində infrastruktur tamamən dağıldı.

Mənbə: axar.az