Avtomobil sığortası olmayan sürücü qəza törətdi

Bakı-Sumqayıt yolunda 3 avtomobil toqquşub.

Hadisə Sumqayıt şəhərinin girişində qeydə alınıb.

Belə ki, 90-PX-391 dövlət nömrə nişanlı "Ravon R3" markalı avtomobil, əsas yoldan gələn "Mercedes" markalı avtomobili gözləməyərək ona dəyib. "Mercedes" markalı avtomobil isə öz növbəsində yoldan çıxaraq "99-ST-017" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə yan tərəfdən çırpılıb.

Hadisə nəticəsində hər üç avtomobilə ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib. Yol polisinin araşdırmasına görə qəzanı törədən 90-PX-391 dövlət nömrə nişanlı "Ravon R3" markalı avtomobilin sürücüsünün avtobil sığortası yox imiş. Həmin maşın cərimə meydançasına aparılıb.

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Belarusda iki mindən çox insan saxlanılıb

SONRAKI XƏBƏR

Paşinyan fövqəladə vəziyyət şəraitində dostunun qızının toyunda iştirak etdi