Floridada bir gündə rekord sayda ölüm halı qeydə alınıb

Floridada son gündə 276 nəfər koronavirusdan həyatını itirib. Bu, ştat üzrə qeydə alınan rekord göstəricidir.

Floridada daha əvvəl ən yüksək göstərici iyul 31-də qeydə alınıb və həmin tarixdə 257 nəfər COVİD-19-dan ölüb. Hazırda Floridada virus səbəbi ilə həyatını itirənlərin sayı 8685 nəfərə çatıb.

Ştatın səhiyyə şöbəsinin rəqəmləri 24 saatlıq müddəti əhatə etmir, hesabat gecikmələri səbəbindən bir neçə gün əvvəlki ölümlər də daxil edilə bilər.

Təsdiqlənmiş COVID-19 hallarının ştatda azalmasına baxmayaraq, avqustun 11-i təxminən 5800 yeni yoluxma qeydə alınıb, ölüm hallarının sayı iyunun sonu və iyulda Floridada yoluxmalardakı sıçrayış zamanı xəstəliyin ölümcül olduğunu əks etdirir.

Yeni ölümlərlə ştatın gündəlik açıqlanan ölüm hallarının yeddi günlük ortalama rəqəmi 165-ə enib. Bir həftə əvvəl bu göstərici 185 idi. Əhali baxımından Nyu Yorkla müqayisə aparılsa, orada aprel ayında ən yüksək yeddi günlük ortalama ölüm sayı 764 olmuşdu.

Florida xəstəxanalarında COVID-19-dan müalicə olunan xəstələrin sayı iki həftədən çox müddətdə azalmağa davam edirdi. Avqustun 11-i səhərə olan göstərici 6729 olub. Bu rəqəm ötən ay 30% daha çox idi - 9500 nəfər.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

“O, iddia edir ki, guya mən Putinə…” – Prezidentdən şok sözlər

SONRAKI XƏBƏR

Bu avtomobilin istehsalı dayandırılır