İmişlidə bıçaqlanma hadisəsi baş verib - Ölən və yaralanan var

İmişlidə bıçaqlanma hadisəsi baş verib - Ölən və yaralanan var

İmişlidə bıçaqlanma hadisəsi baş verib 1 nəfər ölüb 1 nəfər yaralanıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə 20 radələrində İmişli rayonu Göbəktala kəndində qeydə alınıb.

Həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.İmişli rayon Göbəktala kənd sakini 1984-cü il təvəllüdlü Pünhan Hüseynov mübahisə zamanı, həmkəndliləri 1985-ci il təvəllüdlü Amid Əmrahovu və 1990-cı il təvəllüdlü Səbuhi Əmrahovu bıçaqlayıb.

Amid Əmrahov hadisə yerindəcə ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: azpolitika.info